SON XƏBƏRLƏR

Azərbaycanlı musiqi ustadının şikayəti rədd edilib

2021.10.20, 07:36
Azərbaycanlı musiqi ustadının şikayəti rədd edilib

Gunaz.tv

GünAz TV: Həsən Dəmirçi adı ilə tanınan azərbaycanlı musiqi ustadı 2006-cı il may hadisələri (1385-cu il xordad hadisələri – Milli qiyam) zamanı tutuqlanıb və Təbrizin İnqilab Məhkəməsi tərəfindən 1 il həbsə məhkum edilmişdir.

 

İnqilab Məhkəməsinin bu qərarı sonralar Şərqi Azərbaycanın Apelyasiya Məhkəməsi (Dadqahe təcdide nəzər) tərəfindən təsdiqlənmişdi. Lakin vəkil Nağı Mahmudinin etirazı və səyi nəticəsində ölkənin Ali Məhkəməsi müttəhimə bəraət vermişdi.

 

Cənab Dəmirçi bəraət qazansada onun musiqi üzrə təlim keçdiyi yer ETTELAATın (İran Kəşfiyyat Nazirliyi) göstərişi ilə qapadılmışdır. Son zamanlar Şərqi Azərbaycanın Polis idarəsinə qarşı irəli sürülən şikayətin üstündən 4 il keçəndən sonra, İdari Ədalət Divanının 5-ci şöbəsi gülünc bir ittihamla müttəhimin şikayətini rədd edib. Adını çəkdiyimiz orqan iddia edib ki, guya cənab Dəmirçi özünü Azərbaycan Milli Hərəkatının rəhbəri kimi təqdim etməkdədir.

 

Xatırladaq ki, ustad Həsən Dəmirçi azərbaycanın fəal ustadlarındandır. O 40 ildir ki, Azərbaycan musiqisinə xidmət edir və bu sahədə öyrəncilər yetirir.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar