SON XƏBƏRLƏR

Bir Avropa ölkəsi Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv etdi

2021.10.20, 07:36
Bir Avropa ölkəsi Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv etdi

Gunaz.tv

GünAz TV: Albaniya hökuməti Azərbaycan vətəndaşlarına vizasız ölkə ərazisinə daxil olmağa və 90 gün müddətində onun ərazisində qalmağa icazə verib.

 

Gün.Az-ın 1news.az-a istinadən verdiyi xəbərə görə, bu qayda Albaniya hökumətinin xarici ölkə vətəndaşlarının bu ölkə ərazisinə daxil olması və yaşaması üçün prosedur və sənədlərdəki tələblərə dəyişikliklərə dair 13 may 2011-ci il tarixli qərarına müvafiq olaraq tətbiq edilib.

 

Yeni qaydaya əsasən, Azərbaycan vətəndaşları Albaniyaya daxil olduqdan sonra 30 gün müddətində ölkə ərazisində sərhədyanı immiqrasiya xidmətinin regional (bölgəsəl) idarəsində qeydiyyatdan keçməlidirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar