SON XƏBƏRLƏR

İran zindanlarında minlərlə əxlaqsız qadın yatır

2021.10.20, 07:36
İran zindanlarında minlərlə əxlaqsız qadın yatır

Gunaz.tv

GünAz TV: İranda əxlaqsızlıqla məşğul olan qadınların vəziyyətinin araşdırılması göstərir ki, ölkədə 6053 fahişə həbsdədir və onların əksəriyyəti 12-25 yaşlı qızlardır.

Bu barədə İranın Qadın Araşdırmalar Mərkəzinin rəsmi saytı womenrc.com məlumat verib.

MEHR agentliyinin (ajansının) məlumatına əsasən, İran polis komandirinin müavini Əhmədrza Radan üç gün əvvəl keçirdiyi mətbuat konfransında demişdi ki, ölkədə 400-500 nəfər küçə qadını üçün iş şəraiti yaratmaq imkanı var. Radan küçə qadınlarının sayının nə qədər olduğunu açıqlamayıb.

Saytın məlumatına əsasən, ölkədə küçə qadınlarının sayını rəsmi şəkildə müəyyənləşdirmək mümkün deyil. Bir müddət əvvəl İranın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (Behzisti təşkilatı) ictimai məsələlər şöbəsi təkcə Tehran küçələrində 2000 fahişə və 500 nəfər evdən qaçmış qızın polis tərəfindən tutulduğunu bildirmişdi. Ekspertlər (karşünaslar) isə hesab edir ki, bu rəqəm 4 mindən də çoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar