SON XƏBƏRLƏR

Tatlısəs oxumağa başlayıb

2021.10.20, 07:36
Tatlısəs oxumağa başlayıb

Gunaz.tv

GünAz TV: Martın 13-dən 14-nə keçən gecə İstanbulda başından güllələnən tanınmış Türkiyə sənətçisi İbrahim Tatlısəsin müalicəsinin gedişi ilə bağlı məlumat açıqlanıb.

 

Sənətçinin müalicə olunduğu Müalicə və Reabilitasiya (təvanbəxşi) Mərkəzinin tibbi koordinatoru (əlaqələndirici), professor Tunç Alp Kalyon mətbuata açıqlamasında İbrahim Tatlısəsin ümumi vəziyyətinin yaxşı olduğunu deyib: “Onun vəziyyəti hə keçən günə nisbətən daha da yaxşılaşmaqdadır”.

 

O, həmçinin İ. Tatlısəsin artıq mahnılar söyləməyə başladığını da açıqlayıb. Həkimin sözlərinə görə, müğənninin mahnı söyləməsi və danışığında hər hansı bir problem yoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar