SON XƏBƏRLƏR

Azərbaycanlı fəallardan 3 nəfəri azadlığa buraxılıb - Onlara şallaq vurulub

2021.10.20, 07:36
Azərbaycanlı fəallardan 3 nəfəri azadlığa buraxılıb - Onlara şallaq vurulub

Gunaz.tv

GünAz TV: Urmu Gölü ilə bağlı keçirilən Kütləvi Yığıncaqda tutuqlanan soydaşlarımızdan 3 nəfəri azadlığa buraxılıb.

 

GünAz TV mətbuat mərkəzinin “Öyrənci”-yə istinadən yaydığı məlumata görə, 2011-ci il aprel ayının 2-də (1390-cı il fərvərdin ayının 13-də) tutuqlanan Əli Səlimi, Cəlil Ələmdar Milani və Səid Siyami Təbrizin mərkəzi zindanından təxminən 3 ay həbsdə saxlanıldıqdan sonra sərbəst buraxılıblar.

 

Azadlığa buraxılan soydaşlarımız məhkəmə tərəfindən pul cəriməsi və 20 zərbə şallağa (qamçıya) məhkum ediliblər. Məhkəmənin qərarı soydaşlarımız üzərində vəhşicəsinə icra edildikdən sonra onlar azadlığa buraxılıb.

 

Məhkəmə adını yenicə azadlığa buraxılan soydaşlarımızı təhlükəsizliyə xələl gətirməkdə suçlayıb.

 

Xatırladaq ki, inqilab məhkəməsi adını çəkdiyimiz soydaşlarımızı, onlarla birlikdə yaxalanan Həbib Purvəli və Höccət Muxtarzadəni 6 ay müddətinə azadlıqdan məhrum etmişdir. Apelyasiya Məhkəməsi (Dadqahe təcdide nəzər) hökmə olan etiraz əsasında yenicə azad edilən azərbaycanlı fəallara bəraət versədə lakin Həbib Purvəli və Höccət Muxtarzadənin hökmünü qüvvədə saxlayıb.

Onlar hazırda zindanda həbsdə saxlanılırlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar