SON XƏBƏRLƏR

Fatimə Nəsirpur irəli sürülən ittihamlardan bəraət qazanıb

2021.10.20, 07:36
Fatimə Nəsirpur irəli sürülən ittihamlardan bəraət qazanıb

Gunaz.tv

GünAz TV: Təbriz azad universitetinin öyrəncisi xanım Fatimə Nəsirpur sistemin əleyhinə təbliğdə ittiham edilərək 6 ay müddətinə həbsə məhkum edilmişdir.

 

Bu hökm Şərqi Azərbaycanın Apelyasiya Məhkəməsi (Dadqahe təcdide nəzər) tərəfindəndə təsdiqlənmişdi.

 

Ancaq müttəhimin vəkili cənab Mahmudinin İranın Ali Məhkəməsinə şikayətlə müraciət etməsi, vəziyyəti dəyişib. Belə ki, Ali Məhkəmə hökmün icrasını dayandıraraq Şərqi Azərbaycanın Apelyasiya Məhkəməsindən bu dosyaya yenidən baxılmasını tələb edib. Adını çəkdiyimiz Apelyasiya Məhkəməsi isə bu dəfə xanım Nəsirpura irəli sürülən ittihamlardan bəraət verib.

 

Xatırladaq ki, Xanım Nəsirpura qarşı irəli sürülən ittihamın səbəbi, iddiaya görə, “Azərbaycan qadını” adlı dərginin onun tərəfindən toplanıb və yayılması olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar