SON XƏBƏRLƏR

İranda müxalif ayətullahın ailə üzvlərinin ölkədən çıxmasına icazə verilməyib

2021.10.20, 07:36
İranda müxalif ayətullahın ailə üzvlərinin ölkədən çıxmasına icazə verilməyib

Gunaz.tv

GünAz TV: Qum dini dairəsinin tanınmış müxalif ruhanisi ayətullah Mahmud Əmcədin xaricə səfər etmək istəyən gəlinini və nəvəsini Tehran aeroportundan (hava limanından) geri qaytarıblar.

Hadisə üç gün əvvəl baş versə də, bununla bağlı xəbər yenicə yayılıb.

GünAz TV mətbuat mərkəzinin “Media forum” saytına istinadən yaydığı məlumata görə, iyunun (June) 12-də ayətullah Əmcədin gəlini və nəvəsi Tehranın beynəlxalq hava limanında pasport və viza yoxlamasından keçib təyyarəyə minərkən qəfildən onları başqa sərnişinlərdən ayırıb geri qaytarıblar. Bunu ETTELAAT əməkdaşlarının etdiyi bildirilir.

Ayətullah Əmcəd son vaxtlar dəfələrlə hakimiyyətin müxaliflərə qarşı repressiyasını (sərkubunu) pisləyib, ruhaniləri öz maraqları üçün islamdan sui-istifadə etməkdə günahlandırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar