SON XƏBƏRLƏR

Yəmən prezidentinin istefaya razılaşdığı xəbəri yayılıb

2021.10.20, 07:36
Yəmən prezidentinin istefaya razılaşdığı xəbəri yayılıb

Gunaz.tv

GünAz TV: Hakimiyyətin təhvil verilməsi üçün danışıqlar başlandı - hakimiyyət təhlükəsizliyinə zəmanət istəyir.

Yəmən prezidenti Əli Abdullah Saleh hakimiyyətin müxalifətə təhvil verilməsinə razılaşıb. Bu barədə məlumatı Yəmən müxalifəti açıqlayıb. Salehin göstərişinə uyğun olaraq vitse-prezilent (prezident müavini) Abid Rabbo Mansur Hadi müxalifət nümayəndələri ilə ilk görüşünü keçirib.

Əvvəllər də Yəmən prezidenti bir neçə dəfə hakimiyyəti təhvil verməklə bağlı danışıqlara başlamış, amma sonda razılaşmanı imzalamaqdan imtina etmişdi. Bildirilirdi ki, Salehin hakimiyyətdə yüksək vəzifələrdə oturan qohumları onu istefa qərarından çəkindirir. Amma Haşid tayfasının Prezident Aparatına hücumunun ardından Saleh də daxil olmaqla bir sıra məmurların yaralanmasından sonra vəziyyət dəyişib. Son məlumatlara görə, Salehin səhhəti sabit olsa da, yaxşılaşma əlamətləri müşahidə olunmur. Bu üzdən hakimiyyət dəyişkliyinə ən çox müqavimət göstərən şəxs – Salehin oğlu və bir vaxtlar onun varisi kimi adı çəkilən Əhməd Əli Saleh də hakimiyyətin təhvil verilməsinə razılıq verib. Bu razılığın göstəricisi olaraq danışıqların aparıldığı binanın, yəni vitse-prezidentin paytaxt Sanadakı iqamətgahının mühafizəsini də məhz Əhməd Salehin başçılıq etdiyi silahlı qüvvələr həyata keçiriblər. İlk müzakirələrdə hakimiyyətin təhvil verilməsi mexanizmləri əsas mövzu olub. Ekspertlərin (karşünasların) fikrincə, hazırda Saleh və onun qohumları yalnız öz təhlükəsizliklərinə zəmanət almaq istəyirlər və böyük ehtimalla hakimiyyətin dinc yolla təhvil verilməsi müqabilində müxalifət koalisiyası (etilafı) onlara toxunulmazlıq statusu verəcək. Bizim yol

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar