SON XƏBƏRLƏR

Suriyada müxalifət lideri həbs edilib

2021.10.20, 07:36
Suriyada müxalifət lideri həbs edilib

Gunaz.tv
Suriyada ötən gün fövqəladə vəziyyətin ləğv edilməsinə baxmayaraq, kütləvi iğtişaşlar davam edib. Ölkədə həmçinin sanksiyalaşdırılmamış etiraz aksiyalarını qadağan edən yeni qanun qüvvəyə minir. Homs şəhərində nümayişin dağıdılması üçün polis nümayişçilərə atəş açıb, 3 nəfər ölüb.Ötən gecə həmçinin Suriya müxalifətinin liderlərindən biri olan Mahmud İssa öz evindən aparılaraq həbs olunub. Prezident Bəşər Əsəd əleyhinə kütləvi nümayişlərin episentri Dəraa və Homs şəhərləri olaraq qalır. Bir neçə gün öncə Homs şəhərində öldürülən nümayişçilərin kütləvi dəfn mərasimi keçirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar