SON XƏBƏRLƏR

Amerika Libiya qiyamçılarına 25 milyard dollarlıq yardım edəcək

2021.10.20, 07:36
Amerika Libiya qiyamçılarına 25 milyard dollarlıq yardım edəcək

Gunaz.tv
ABŞ prezidenti Barak Obama administarsiyası Liviya müxalifətinə 25 milyard dollar həcmində yardım ayırmağı planlaşdırır. Qiyamçılara yardım həm nağd pul, həm də silah, döyüş sursatı, dərman preparatları və geyim formasında göstəriləcək. Bu, Birləşmiş Ştatların liviyalı qiyamçılara ilk birbaşa yardımıdır. Dövlət Departamentinin bununla bağlı bəyanatında deyilir ki, bu vəsait Liviyanın hücum təhlükəsi altında olan mülki əhalisinin müdafiəsi üçün beynəlxalq səylərə dəstək məqsədilə ayrılacaq. Xatırladaq ki, ABŞ Liviya lideri Müammər Qəddafiyə qarşı əməliyyatlardan çıxdığını elan edib və komandanlığı NATO-ya ötürüb. Pentaqonun nümayəndəsi bildirib ki, Amerika Hərbi Hava Qüvvələri hərbi əməliyyatlardan iştirak etməyəcək və yalnız Avropa ölkələrinin fəaliyyətinə yardım edəcək. Bununla belə, Amerika qırıcılarının Liviyadakı şava hücumundan müdafiə obyektlərinə zərbələri davam etdirdiyi bildirilir. ABŞ hərbi komandanlığı bunu onunla əsaslandırır ki, hərbi təyyarələr hərbi əməliyyatlara Şimali Atlantika alyansının komandanlığı altında qoşulur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar