SON XƏBƏRLƏR

Müvəqqəti azadlığa buraxılan soydaşlarımız yenidən ETTELAATa çağırılıblar

2021.10.20, 07:36
Müvəqqəti azadlığa buraxılan soydaşlarımız yenidən ETTELAATa çağırılıblar

Gunaz.tv

GünAz TV: Aprelin 2-də (fərvərdinin 13-ü) Güney Azərbaycanda Urmu Gölünü qurumaqdan qurtarmaq məqsədi ilə Etiraz Yığıncaqları həyata keçirildi.

 

Bu Yığıncaqlarda yaxalanan soydaşlarımıza qarşı təzyiqlər hələdə davam edir. GünAz TV mətbuat mərkəzinin “Öyrənci” saytına istinadən yaydığı məlumata görə, ETEELAAT (İran Kəşfiyyat Nazirliyi) bu Etiraz Yığıncaqlarında tutuqlanıb sonra mülki vəsiqə qarşılığında müvəqqəti zadlığa buraxılan soydaşlarımızı yenidən ETTELAAT idarəsinə çağırıb.

Məlumata görə, Onlar ETTELAAT tərəfindən bir daha sorğu-suala tutulurlar.

 

Xatırladaq ki, sözü gedən dinc Etiraz Yığıncaqlarında 70 nəfər soydaşımız İran Təhlükəsizlik Qüvvələri tərəfindən tutuqlanmışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar