SON XƏBƏRLƏR

Vaşinqtondan İrəvana qarşı sərt bəyanat

2021.10.20, 07:36
Vaşinqtondan İrəvana qarşı sərt bəyanat

Gunaz.tv

GünAz TV: ABŞ (Amerika Birləşmiş Ştatları) Dövlət Departamenti 2010-cu ildə Ermənistanda “İnsan hüquqlarının vəziyyəti” ilə bağlı hesabatını açıqlayıb.

GünAz TV mətbuat mərkəzinin SİA-ya istinadən yaydığı məlumata görə, ABŞ Dövlət Departamentinin rəsmi saytında yer alan sənədə də bildirilir ki, Erməni separatçıları (bölücüləri) Azərbaycanın Dağlıq Qarabağ və ətraf 7 rayonunu nəzarət altında saxlamaqda davam edirlər. Azərbaycanla sərhəddə və Dağlıq Qarabağ münaqişəsinin cəbhə xətti boyunca quraşdırılmış minalar ölüm hallarına səbəb olmaqda davam edir. Minaların partlaması nəticəsində 2010-cu il ərzində 12 hərbçi yaralanıb, bir mülki şəxs həlak olub.

Eyni zamanda 2010-cu ildə Ermənistan ordusunda qeyri-döyüş şəraitində 54 hərbçi həlak olub. Hesabatda həmçinin deyilir ki, Ermənistanda insanların hüquq və azadlıqları bir necə sahədə kobud şəkildə pozulur.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar