SON XƏBƏRLƏR

Amerikalı konqresmen 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb

2021.10.20, 07:36
Amerikalı konqresmen 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb

Gunaz.tv

GünAz TV: Texas ştatından olan konqresmen Con Zervas 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb.

 

APA-nın məlumatına görə, bəyanatda 1918-ci ilin martında Bakı, Quba, Şamaxı, Şuşa, Naxçıvan və İrəvanda erməni millətçiləri və bolşeviklər tərəfindən amansızlıqla qətlə yetirilmiş 12 mindən çox azərbaycanlı, yəhudi, fars, kürd, ləzgi və avar xatırlanır.

 

“Çox vaxtlar “Mart hadisələri” adlandırılan bu hadisələr 1917-ci il Rusiya inqilabı və bir il sonra rus qoşunlarının birinci dünya müharibəsindən çıxarılması ilə güclənən etnik, dini və siyasi gərginliklərin nəticəsində baş verdi,” deyə bəyanatda bildirilir.

 

Sənəddə qeyd olunur ki, erməni, azərbaycanlı və bolşevik qrupları arasında baş verən ayrı-ayrı insidentlər (hadisələr) geniş miqyaslı vətəndaş münaqişəsi təhlükəsi yaradıb və regionda (bölgədə) 1918 martın sonlarında bir neçə gün davam edən zorakılıq aktlarına (əməllərinə) gətirib çıxarıb.

 

“Daha çox qanlı hadisələr Bakıda baş vermişdi, digər şəhərlərdə o cümlədən, Şamaxı, Quba və Şuşada da qətllər törədilmişdi, kütlələr küçələrə axışaraq, evləri yandırıb, düşmən hesab etdikləri hər kəsi öldürürdülər”.

 

Sənəddə deyilir ki, 2011-ci ildə bu tarixin qeyd olunması dəhşətli insan itkiləri ilə nəticələnən müxtəlif etnik, dini, siyasi fikirlərə malik insanlar arasında münaqişələr barədə düşünməyə imkan verir və bu cür münaqişələrin qan tökülmədən dialoq yolu ilə həllinin vacibliyini önə çıxarır: “Buna görə də Azərbaycanda baş vermiş 1918-ci il qətliyamı daha geniş şəkildə xatırlanmalıdır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar