SON XƏBƏRLƏR

Azərbaycan, Türkiyə və İran Xarici İşlər nazirləri Urmuda görüşəcəklər

2021.10.20, 07:36
Azərbaycan, Türkiyə və İran Xarici İşlər nazirləri Urmuda görüşəcəklər

Gunaz.tv

GünAz TV: Azərbaycan, Türkiyə və İran Xarici Işlər nazirləri Elmar Məmmədyarov, Əhməd Davudoglu və Əli Əkbər Salehinin  bu həftə üçtərəfli görüşü gözlənilir.

Bu barədə Xarici işlər nazirliyinin mətbuat katibi Elxan Poluxov İctimai Televiziyaya məlumat verib.

 

Azərbaycanın tarixi şəhəri Urmuda keçiriləcək görüşdə nazirlər üç ölkə arasında iqtisadi və ticari əməkdaşlığın artırılmasını müzakirə edəcəklər.

 

Xatırladaq ki, hər üç nazirin sonuncu görüşü 2010-cu ilin dekabrında İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət və hökumət başçılarının İstanbulda keçirilən zirvə toplantısı çərçivəsində baş tutub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar