SON XƏBƏRLƏR

Urmuda “Traxtur”un yüzlərlə öyrənci tərəfdarı Milli Şüarlar səsləndiriblər

2021.10.20, 07:36
Urmuda “Traxtur”un yüzlərlə öyrənci tərəfdarı Milli Şüarlar səsləndiriblər

Gunaz.tv

GünAz TV: 2011-ci il aprel ayının 10-da (fərvərdinin 21-i) Təbrizin “Traxtur” futbol taxımının Tehranın “İstiqlal” taxımı üzərində qazandığı qələbə türk öyrəncilərinin böyük sevincinə səbəb olub.

 

“Traxtur-İstiqlal” yarışı yekunlaşdıqdan sonra Urmu universitetinin öyrənciləri “Azadeqan” yataqxanasının qarşısına toplaşaraq “Traxtur” taxımının qələbəsini alqışlarla qarşılayıblar. İrəliləyən dəqiqələrdə isə öyrəncilər Milli Şüarlar səsləndirməyə başlayıblar:

 

-      Yaşasın Azərbaycam

-      Azərbaycan var olsun – İstəməyən kor olsun

-      Türk dilində mədrəsə - Olmalıdır hər kəsə

-      Azərbaycan səs ver – Urmu Gölünə nəfəs ver

-      Urmu Gölü susuzdur – Azərbaycan oyanmasa uduzdu

-      Azərbaycan oyaqdır – Öz dilinə dayaqdır

-      Və ...

 

Xatırladaq ki, bir neçə yüz öyrəncidən ibarət olan yığıncaq yarım saat davam edib. Sonra universitetin təhlükəsizlik bölməsinin (hərasət) məmurlarının müdaxilə ilə mərasim sona çatıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar