SON XƏBƏRLƏR

“Traxtur” taxımının növbəti qələbəsi Güney Azərbaycan şəhərlərini hərəkətə gətirdi

2021.10.20, 07:36
“Traxtur” taxımının növbəti qələbəsi Güney Azərbaycan şəhərlərini hərəkətə gətirdi

Gunaz.tv

GünAz TV: Tehranın Azadi stadiomunda (stadion) keçirilən müsabiqədə “Traxtur” futbol taxımının “İstiqlal” taxımı üzərində (2 – 1) hesabı ilə qələbəsi, soydaşlarımız tərəfindən böyük sevinclə qarşılandı.

 

Bu qələbədən sonra Güney Azərbaycanın müxtəlif şəhərlərində milli taxımımızın tərəfdarları küçələrə çıxıb və şənliklər etdilər.

 

Təbrizdən gələn xəbərlərə görə, soydaşlarımız Təbrizin bir neçə məhəlləsində bir yerə toplaşıb, “Traxtur” taxımı və Azərbaycanın milli hüquqları zəminində şüarlar səsləndiriblər.

 

Məlumata görə, dünən Təbriz şəhərinin bütün məntəqələri xüsusi ilə şənlik keçirilən məhəllələrinə çoxsaylı polis toplanıb. Polis Qüvvələri Nisfrah meydanında təmkinli davranıblar, ancaq Abrəsan meydanında polislər soydaşlarımıza qarşı kobud rəftar edib və onların qarşısını almağa çalışıblar.

 

GünAz TV mətbuat mərkəzinin “Öyrənci” saytına istinadən yaydığı məlumata görə, polislər Abrəsab meydanına gedən yolların hamısını bağlayıb və Meydanı bir polis məntəqəsi halına gətiriblər.

 

Həmçinin Urmu şəhərinin əsas meydanlarında soydaşlarımız toplaşıb və milli taxımımızın qələbəsini coşğu ilə qarşılayıblar.

 

Urmuda öyrəncilərdən ibarət bir neçə yüz soydaşımızda bu qələbəni birlikdə qeyd edib və milli şüarlar səsləndiriblər.

 

Tehran, Zəncan, Xoy, Ərdəbil, Qoşaçay, Makı, Meşkinşəhr, Əhər, Astara, Sulduz və ... kimi şəhərlərdə də oxşar mərasimlər keçirilib.

 

Qeyd edək ki, bütün şəhərlərdə şənlik keçirən soydaşlarımız “Yaşasın Azərbaycan”, “Azərbaycan var olsun – İstəməyən kor olsun”, “Haray Haray mən türkəm”, “Azərbaycan yurdumuz – ‘Traxtur’ Bozqurdumuz”, “El yatar tufan yatar –Yatmaz ‘Traxtur’ bayrağı”, “Tehran unutma  Təbriz sərvərindir”, “İran federasyonu Azərbaycanın düşmənidir” və ... kimi şüarlar səsləndiriblər.

 

Məlumata əsasən, Bütün şəhərlərdə oxşar şüarlar səsləndirib və polis izdihamı görünüb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar