SON XƏBƏRLƏR

Ermənistanda növbəti Etiraz Yürüşü keçirilib – Video Görüntü

2021.10.20, 07:36
Ermənistanda növbəti Etiraz Yürüşü keçirilib – Video Görüntü

Gunaz.tv

GünAz TV: Ermənistanın müxalifətçi Erməni Milli Konqresi (EMK) dünən Yerevanın mərkəzində növbəti mitinqini keçirib.

 

Milli.Az xəbər portalının «Armenia Today»a istinadən verdiyi məlumata görə, meriyanın aksiyanın Azadlıq meydanında keçirilməsinə icazə verməməsi üzündən mitinq Matenadaran meydanında başlayıb. Kütlə qarşısında bir sıra müxalifət liderləri çıxış edib. Bundan sonra EMK-nin koordinatoru (təşkilatçı, həmahənglik yaradan) Levon Zurbayanın insanları hakimiyyətə itaətsizlik göstərməyə çağırması kütləni coşdurub. İnsanlar Azadlıq meydanına tərəf yürüşə başlayıb. Polis yürüşə müdaxilə etməyib və nümayişçilər Azadlıq meydanını ələ keçirib.

 

Kütlə qarşısında çıxış edən EMK lideri, sabiq prezident Levon Ter-Petrosyan ötən aksiyalar zamanı hakimiyyət qarşısında 15 bənddən ibarət tələb səsləndirdiklərini xatırladıb. O, hökumətlə formal dialoqun aparılması üçün həmin tələblərə əməl edilməsinin vacibliyini bildirib.

Ter-Petrosyan Dağlıq Qarabağ münaqişəsi haqda da danışıb. O, Azərbaycanın problemi hərbi yolla həll edə biləcəyindən narahatlığını gizlətməyib. Müxalifət lideri bildirib ki, Ermənistandakı daxili siyasi gərginlik aradan qaldırılmalıdır: «Əks təqdirdə Azərbaycan bu vəziyyətdən yararlana və Qarabağda hərbi əməliyyatlara başlaya bilər».

Müxalifət lideri növbəti mitinqin aprelin 28-də keçiriləcəyini bəyan edib: «Aprelin 28-i ya dialoqun qurulduğu gün, ya da hakimiyyətlə ictimaiyyətin bir-birindən tam ayrıldığı gün olacaq».

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar