SON XƏBƏRLƏR

Misirlilər Mübarək və ailəsinin mühakimə olunmasını tələb edirlər

2021.10.20, 07:36
Misirlilər Mübarək və ailəsinin mühakimə olunmasını tələb edirlər

Gunaz.tv

GünAz TV: Misirdə xalq yenidən küçələrə çıxıb. Misirin paytaxtı Qahirədəki Təhrir meydanında yenə 100 minlərlə insan toplanıb.

 

"Təmizlik aksiyası" adı altında toplanan nümayişçilər keçmiş prezident Hüsnü Mübarək və ailəsinin mühakimə olunmasını tələb ediblər.

 

Nümayişçilər hərbi iqtidarın məhkəmə prosesləri məsələsində daha sürətli hərəkət etməsinin vacibliyini vurğulayıblar.

 

Bu aksiya (yürüş) ilə yanaşı, "İnqilab gəncləri" adlanan qrup da dünən küçələrə çıxıb. 700-ə yaxın gənc amerikalı rahibin Quranı yandırmasına və İsrailin Qəzzaya yönəlik hərbi əməliyyatlarına etiraz edib. Nümayişçilər öncə ABŞ (Amerika Birləşmiş Ştatları), sonra İsrail səfirliyinin binası qarşısında aksiya keçiriblər. trt

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar