SON XƏBƏRLƏR

Suriyada toqquşmalarda 32 nəfər öldü

2021.10.20, 07:36
Suriyada toqquşmalarda 32 nəfər öldü

Gunaz.tv

GünAz TV: ABŞ (Amerika Birləşmiş Ştatları) prezidenti Barak Obama Suriyada antihökumət nümayişlərinin dağıdılmasında odlu silahdan istifadə edilməsini pisləyib.

 

GünAz TV mətbuat mərkəzinin BBC-yə istinadən yaydığı məlumata görə, o, Suriya hökumətini zorakılığa son qoymağa, qanunsuz həbsləri dayandırmağa çağırıb.

 

Qeyd edək ki, dünən Derya şəhərində keçirilən nümayişin dağıdılması zamanı polis odlu silahdan istifadə edib. Nəticədə ən azı 32 nəfər həlak olub. Yüzlərlə yaralının olduğu bildirilir.

 

Obama Suriya hökumətini xalqın tələbini dinləməyə çağırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar