SON XƏBƏRLƏR

Həbs edilmiş soydaşlarımızın naməlum durumu nigaranlıq doğurur

2021.10.20, 07:36
Həbs edilmiş soydaşlarımızın naməlum durumu nigaranlıq doğurur

Gunaz.tv

GünAz TV: 2 aprel (14 fərvərdin) Göstərisində tutuqlanan azərbaycanlı fəalların son vəziyyəti barədə heç bir məlumat yoxdur.

 

Güney mənbələrinin əldə etdikləri məlumata əsasən, tutuqlanan soydaşlarımız o cümlədən Həbib Purvəli saxlanıldığı müddətdə ağır işgəncələrə məruz qalıblar. Onların saxlanıldığı yer barədə səlahiyyətli məsullar heç bir məlumat vermirlər.

 

Tutuqlanan soydaşlarımızın ailələri isə öz övladlarının sağlamlığı ilə bağlı xəbərdarlıq edib və bildiriblər ki, onların sağlamlığında hər hansı bir sorun yaranarsa, məsuliyyəti Təhlükəsizlik Qüvvələri daşımaqdadır.

 

Xatırladaq ki, artıq Beynəlxalq Əfv Təşkilatı 2 aprel (13 fərvərdin) Göstərisində tutuqlanan soydaşlarımız o cümlədən Əli Səlimi, Səid Siyami, Cəlil Ələmdar milani, Səid Xizirlu və Həbib Purvəlinin qeyd-şərtsiz azadlığını tələb edibdir.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar