SON XƏBƏRLƏR

Milli taxımımız yarışa hazırlaşır

2021.10.20, 07:36
Milli taxımımız yarışa hazırlaşır

Gunaz.tv

GünAz TV: Təbrizin “Traxtur” futbol taxımı (timi) aprel ayının 10-da (fərvərdinin 21-də) Tehranın “İstiqlal” taxımı ilə qarşılaşacaq.

 

İran üzrə futbol klublarının superliqa rəqabətlərinin 29-cu həftəsində keçirilən müsabiqə, Tehranın Azadı stadyomunda  (stadionunda) Təbriz vaxtı ilə saat 19:00-da baş tutacaq.

 

Yarışı GünAz TV ekranından canlı olaraq izləyə bilərsiniz.

 

Yeri gəlmişkən dünən Təbrizin səhənd stadyomunda, Təbrizin “Şəhrdari” taxımı ilə Bəndər Ənzəlinin “Mələvan” taxımları qarşılaşıblar.

 

“Şəhrdari-Mələvan” yarışı (2 – 1) hesabı ilə “Şəhrdari”nin xeyirinə başa çatıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar