SON XƏBƏRLƏR

Brayza Milli Məclisdə sərt tənqid olundu

2021.10.20, 07:36
Brayza Milli Məclisdə sərt tənqid olundu

Gunaz.tv

GünAz TV: Milli Məclisin (MM) bu gün keçirilən iclasında millət vəkilləri Azərbaycanın işğal altında olan Xankəndi şəhərində aeroportun (hava limanı) açılması və ora uşuşların təşkil olunması məsələsinə münasibət bildiriblər.

 

APA-nın xəbərinə görə, millət vəkili Azay Quliyev deyib ki, Azərbaycan tərəfi ermənilərin bu addımına yetərli cavab versə də, ABŞ-ın (Amerika Birləşmiş Ştatları) Azərbaycandakı səfiri Metyu Brayzanın bununla bağlı mövqeyi adekvat (yetərli, kafi) olmayıb: “Əksinə, səfir açıqlamalarında Azərbaycan təyyarələrinin Naxçıvana uçuşları ilə Ermənistandan işğal altında olan ərazilərə uçuşlar arasında paralel (muvazi) aparmağa cəhd edib. ABŞ administrasiyasının (nəhade riyasəte cümhuri) nümayəndələri öz açıqlamalarında bu kimi yanlışlıqlara yol verməməlidirlər”.

 

Millət vəkili Elman Məmmədov isə deyib ki, bu aeroport (hava limanı) əslində Xankəndi şəhərində deyil, işğal altındakı digər ərazidə - Xocalıda yerləşir: “Ermənilər Xocalıdakı mövcud aeroportu genişləndirərək onu beynəlxalq səviyyəli aeroport kimi təqdim etmək istəyirlər”.

 

Deputat Fəzail Ağamalı ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayzanı ermənipərəst mövqe tutmaqda ittiham edib: “O hələ də ermənipərəst mundirini əynindən çıxarmayıb. Hesab edirəm ki, Metyu Brayza öz açıqlamalarına diqqət yetirməlidir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar