SON XƏBƏRLƏR

“İran-Ermənistan münasibətləri: geosiyasi reallıq, siyasi iddialar” kitabı işıq üzü görüb

2021.10.20, 07:36
“İran-Ermənistan münasibətləri: geosiyasi reallıq, siyasi iddialar” kitabı işıq üzü görüb

Gunaz.tv

GünAz TV: İran-Ermənistan münasibətlərinə həsr olunmuş kitab çapdan çıxıb. Kitabda “İranın Ermənistan üçün həyati əhəmiyyəti” və “İran-Ermənistan iqtisadi münasibətləri” kimi bölmələr var.

Müəlliflər Vüsal Qasımlı, Zaur Şiriyev və Zülfiyyə Vəliyevanın araşdırmalarının nəticəsi olaraq ərsəyə gələn “İran-Ermənistan münasibətləri: geosiyasi reallıq, siyasi iddialar” kitabında İranla Ermənistan arasında siyasi, iqtisadi münasibətlər, habelə İranın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi və digər məsələlər əksini tapıb.

Kitabda “İran-Ermənistan siyasi münasibətləri: geosiyasi reallıq və doktrinal prinsiplərin (ilkələrin, əsllərin) tərs mütənasibliyi”, “İranın Ermənistan üçün həyati əhəmiyyəti”, “İranın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi”, “İran-Ermənistan iqtisadi münasibətləri” və s. bölmələr var.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar