SON XƏBƏRLƏR

Yaponiyada dahabir zəlzələ olub, Ölkədə sunami xəbərdarlığı edilib

2021.10.20, 07:36
Yaponiyada dahabir zəlzələ olub, Ölkədə sunami xəbərdarlığı edilib

Gunaz.tv

GünAz TV: Dünən Yaponiyanın (Japonun) şimal-şərq sahilinin 40 kilometr aralığında yerli saatla 23.39-da daha bir dəhşətli zəlzələ olub.

“Qafqazinfo”nun beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, zəlzələnin ardından sunami həyəcanı verilib. NHK televiziyası, sunami xəbərdarlığı verilən bölgədə yaşayanlara televiziyadan yüksək yerlərə çıxmalarının anons edib.

Zəlzələnin mərkəzinin ölkənin şimal-şərqində nüvə stansiyası (niruqahı) bölgəsi olan Miyagi olduğu bildirilib. 7,4 böyüklüyündəki zəlzələnin ardından həmin ərazidə 2 metrlik dalğaların gələcəyi xəbər verilib.

Zəlzələnin olduğu və sunami həyəcanım verildiyi bölgədə İbaraki atom elektrik stansiyası var.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar