SON XƏBƏRLƏR

Paris Ankaranı inandırmağa çalışır

2021.10.20, 07:36
Paris Ankaranı inandırmağa çalışır

Gunaz.tv

GünAz TV: «Fransanın hökumət təmsilçiləri Ankaranı qondarma erməni soyqırımının tanınması ilə bağlı qanun layihəsinin qəbul edilməyəcəyinə inandırmağa çalışıb».

Belə açqılama ilə Türkiyənin dövlət naziri, bu ölkənin Avropa İttifaqındakı təmsilçisi Egemen Bağış çıxış edib. O bildirib ki, belə bir layihənin qəbul edilməsi söz azadlığının boğulması demək olar. Erməni lobbisinin ünvanına ittihmlar da səsləndirən dövlət naziri bildirib ki, qondarma soyqırım iddiaları sırf maliyyə əldə etmək məqsədilə gündəmə gətirilir. Erməni diasporu bununla təzminat almağa çalışır. Qeyd edək ki, Fransanın Sosialist Partiyasının üzvləri mayın 4-də qondarma erməni soyqırımının təsdiqlənməsi haqqında qanun layihəsinin müzakirəsinə hazırlaşır. Lidet tv

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar