SON XƏBƏRLƏR

Səfər Əbiyev: " Azərbaycanın bütün torpaqları qaytarılmalıdır "

2021.10.20, 07:36
Səfər Əbiyev: " Azərbaycanın bütün torpaqları qaytarılmalıdır "

Gunaz.tv

GünAz TV: “Torpaqlarımızın bir qarışını belə heç kimə verməyəcəyik”.

Bu sözləri ANS TV-nin məlumatına görə, Azərbaycanın müdafiə naziri Səfər Əbiyev Ankarada türkiyəli həmkarı Vecdi Gönüllə görüşündə səsləndirib.

O, erməni tərəfininin Azərbaycan ərazilərini şərtsiz olaraq tərk edəcəyini bildirib. “Bütövlüyü Azərbaycan özü dəstəkləyir. Heç vaxt hansısa ölkəyə bir qarış torpaq vermək fikrində deyilik. Azərbaycan bu gün bütün gücünü sərf edib ki, öz Silahlı Qüvvələrini hazırlasın və lazım olan vaxtda öz torpaqlarını azad etsin. Bu sössüzdür və Azərbaycan da bu sözündən dönən deyil. Azərbaycanın bütün torpaqları qaytarılmalıdır. Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarından çıxmalıdır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar