SON XƏBƏRLƏR

ETTELAAT tutuqlanan azərbaycanlıların ailəsini Milli Fəallara qarşı təhrik edir

2021.10.20, 07:36
ETTELAAT tutuqlanan azərbaycanlıların ailəsini Milli Fəallara qarşı təhrik edir

Gunaz.tv

GünAz TV mətbuat mərkəzinin Urmu İşçiləri saytına istinadən yaydığı məlumata görə, ETELAAT (İran Kəşfiyyat Nazirliyi) əməkdaşları xalqımızı üz-üzə qoymağa çalışır.

 

Məlumata əsasən, ETTELAAT əməkdaşları keçən günlərdə Urmu Gölü ilə bağlı keçirilən Etiraz Göstərisi zamanı tutuqlanan soydaşlarımızın ailələrinə müraciət edib və onları müxtəlif vasitələrlə Milli Hərəkat Fəallarına qarşı təhrik edirlər. Guya ki, onların yaxınlarının tutuqlanmasında Milli Hərəkat Fəalları məsuliyyət daşıyır. ETTELAAT bununla vətənimizin keşiyində duran soydaşlarımızı üz-üzə gətirmək istəyir.

 

Hazırda Urmulu tanınmış fəal və jurnalist cənab İsmail Cavadi və Vəhid Bahaduri ETTELAATın bu fitnəkar siyasətinin  hədəfindədirlər. Oxşar vəziyyət Təbriz və Urmu fəallarında da yaşanır.

 

Xatırladaq ki, bir müddət əvvəl ETTELAAT eyni təxribatı Ərdəbil şəhərində tanınmış fəal cənab Abbas Lisaniyə qarşı da işlətmişdir.

 

Ümid edirik ki, Azərbaycanın müdrik xalqı hər zamankı kimi, ETTELAATın bu fitnəkar təbliğatına uymayıb və mübarizə meydanına atılmış Milli Fəallara qarşı aparılan təxribatı ayırd edəcəklər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar