SON XƏBƏRLƏR

Urmu Yığıncağında tutuqlanan soydaşlarımızdan yeni xəbər

2021.10.20, 07:36
Urmu Yığıncağında tutuqlanan soydaşlarımızdan yeni xəbər

Gunaz.tv

GünAz TV: Urmu Gölünü qurumaqdan qurtarmaq məqsədi ilə keçirilən etiraz yığıncağında tutuqlanan soydaşlarımızın əksəriyyəti ağır təhdid və təzyiqlər altında sərbəst buraxılıblar.

 

Urmu Yığıncağında tutuqlanan Səid Xizirlu da ağır təzyiqlər altında sorğu-suala tutulduqdan sonra sərbəst buraxılıb.

 

Başqa məlumata görə, Ellər Bağı Yığıncağında tutuqlanan 45 yaşlı soydaşımız cənab Tahir İmamkəndi barədə hələlik heç bir məlumat yoxdur. O naməlum yerdə saxlanılır.

 

Tahir İmamkəndi Etiraz Yığıncağı keçirilən zaman, öz ailəsinin gözü qarşısında təhqiramiz bir şəkildə tutuqlanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar