SON XƏBƏRLƏR

2 aprel (13 fərvərdin) Yığıncağında yaxalanan soydaşlarımızdan 3-ü ETTELAATa köçürülüb

2021.10.20, 07:36
2 aprel (13 fərvərdin) Yığıncağında yaxalanan soydaşlarımızdan 3-ü ETTELAATa köçürülüb

Gunaz.tv

GünAz TV: 2011-ci il aprel ayının 2-də (fərvərdinin 13-ü) Urmu Gölü ilə bağlı keçirilən Etiraz Yığıncağında tutuqlanan etirazçılardan 3-ü ETTELAATa (İran Kəşfiyyat Nazirliyi) köçürülüb.

 

GünAz TV mətbuat mərkəzinin “Öyrənci” saytına istinadən yaydığı məlumata görə, sözü gedən Etiraz Yığıncağında tutuqlananların çoxu mülki vəsiqə qarşılığında azadlığa buraxılıblar. Rejim Onları ictimai rəyin təzyiqi altında sərbəst buraxıb.

 

Məlumata görə, tutuqlanan soydaşlarımızdan Həbib Purvəli, Cəlil Ələmdar milani və Höccət Muxtarzadə ETTELAAT idarəsinə köçürülüblər.

Onlar tanınmış Milli Hərəkat Fəallarından sayılırlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar