SON XƏBƏRLƏR

Tehran hakimiyyəti Kosa və Keçəli sıxışdırır

2021.10.20, 07:36
Tehran hakimiyyəti Kosa və Keçəli sıxışdırır

Gunaz.tv

GünAz TV: İslam Respublikasının (Cümhuriyyətinin) rəhbərliyi İranın farslara məxsus olması ilə bağlı bütün sahələrdə təbilğat aparmaqdadır.

Müsəlmanların Müqəddəs Kitabında ayələrin ərəb dilində nazil olunması vurğulanmasa idi fars şovnistləri Quranın da farsca nazil olduğunu iddia edərdilər. Nə isə..

 

Oyuncaq istehesalına nəzarət şurasının katibi Məhəmmədhüseny Fərcu İranın rəsmi «İSNA» agentliyinə müsahibəsində bildirib ki, yaxın zamanda İranda «Novruz əmi» adlı oyuncaqların kütləvi istehsalına başlanılacaq.

 

Onun sözlərinə görə, həmin oyuncaq yerli mütəxəssislər tərəfindən hazırlanıb. Yaxın günlərdə «Novruz əmi»inin istehsalına Rəştdə yerləşən fabrikdə başlanılacaq.

 

O, ölkəyə 40-50 adda yerli mahiyyətli oyuncaqların istehsalının vacibliyini vurğulayıb.

 

M.Fərcu bildirib ki, İranın təhsil və tərbiyiə nazirinin iştirakı ilə martın 21-ə qədər  «Novruz əmi»nin  rəsmi təqdimat mərasimi keçirilib.

 

Bizim də bayram etdiymiz Novruzdan söhbət gedirsə, onun simvollarından (simgələri) biri Kosa, o biri Keçəldir. Bunların da öz fəlsəfi mənaları var. Tehran hakimiyyəti bu davranışı ilə Novruzun mahiyyətini farssayağı saxtaşlaşdırır. Bununla da «Novruz əmi» adlı oyuncağı kütləvi sitehsal etməklə Kosa və Keçəli sıradan çıxarmağa səy göstərir.Axı, farsların Novrzla bağlı özəl heç bir simvolu yoxdur. Bu Bayramda təqdim olunanların hamısı əsasən türklərə aiddir. Ona görə də «Novruz əmi» buraxır...

 

Sədrəddin Soltan

 

  

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar