SON XƏBƏRLƏR

Vaşinqton Qəddafini istefaya çağırıb

2021.10.20, 07:36
Vaşinqton Qəddafini istefaya çağırıb

Gunaz.tv

GünAz TV: ABŞ (Amerika Birləşmiş Ştatları) dövlət katibi Hillari Klinton Liviya (Libi) lideri Müəmmər Qəddafini üsyançıların üzərinə hücumu dayandırmağa və öz vəzifəsini tərk etməyə çağırıb.

APA-nın “The Guardian” qəzetinə istinadən verdiyi məlumata görə, bəyanat prezident Barak Obamanın Qəddafinin məktubunu almasından dərhal sonra səslənib.

Obama administrasiyası (nəhade riyasətə cümhuri) məktubun məzmununu açıqlamasa da, “Associated Press” Qəddafinin ABŞ prezidentindən bombardmanların dayandırılmasını xahiş etdiyini xəbər verib.

Qəddafi Obamaya “oğlum” deyə müraciət edərək bildirib ki, “inkişaf etməkdə olan ölkənin kiçik xalqına qarşı” hərbi kampaniya xalqa mənəvi zərbə vurur. Onun sözlərinə görə, hərbi metodlarla demokratiya qurmaq mümkün deyil.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar