SON XƏBƏRLƏR

İran rejimi Güney Azərbaycanda bir neçə kəndin adlarını dəyişdirib

2021.10.20, 07:36
İran rejimi Güney Azərbaycanda bir neçə kəndin adlarını dəyişdirib

Gunaz.tv

GünAz TV: İran rejimi Güney Azərbaycanda öz ənənəvi siyasətini davam etdirməkdədir. Bu dəfədə Şərqi Azərbaycan əyalətində (ostanında) 1 şəhər və 3 kəndin adı dəyişdirilib.

 

Məlumata görə, Anayasanın 138-ci əsli mövzusunun komissiyası İranın ölkə nazirliyinin (daxili işlər nazirliyinin) 1 şəhər və 3 kənd adının dəyişdirilməsi ilə bağlı təklifini qəbul edib.

Onaylanan təklif İran prezidenti tərəfindən də təsdiqlənib.

 

Adını çəkdiyimiz komissiyanın onaylamasına əsasən, “Xəraclu” şəhəri “Xodacu”, “Dil bilməz” kəndi “Delavəran”, “Qisrəq” kəndi “Qeysəriyyə” və “Ogüz günbədi” kəndi isə “Ekiz günbədi” adlanacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar