SON XƏBƏRLƏR

BİLDİRİ: 2 aprel (13 fərvərdin) Yığıncağında rejimin tətbiq etdiyi təzyiqlərə qarşı yeni Etiraz Göstərisi olacaq

2021.10.20, 07:36
BİLDİRİ: 2 aprel (13 fərvərdin) Yığıncağında rejimin tətbiq etdiyi təzyiqlərə qarşı yeni Etiraz Göstərisi olacaq

Gunaz.tv

GünAz TV: Bir qrup Urmulu Milli Hərəkat Fəalı və Voleybol tərəfdarları yeni Etiraz Göstərisi barədə Trakt və Bildirilər yayıblar.

 

Yeni Etiraz Göstərisi ilə əlaqədar yayılan Bildirilər, 2011-ci il aprel ayının 2-də (1390-cı il fərvərdin ayının 13-də) Urmu Gölünü Qurumaqdan qurtarmaq üçün Güney Azərbaycanda keçirilən Etiraz Yığıncaqlarına təhlükəsizlik qüvvələrinin kobud müdaxiləsi, onlarla soydaşımızın yaralanması və tutuqlanması ilə bağlıdır.

 

Urmu ilə Kərəcin Saypa taxımı (timi) arasında keçirilən voleybol müsabiqəsi zamanı nəzərdə tutulan Yeni Etiraz Göstərisində İran Təhlükəsizlik Qüvvələrinin bu vəhşi əməli pisləniləcək və tutulanların azadlığı tələb olunacaq.

 

Yeni Etiraz Göstərisi:

Yer: Urmu Şəhəri, qədir idman zalı (salonu)  

Zaman: 2011-ci il aprel ayınınn 10-u (1390-cı il fərvərdin ayının 21-i) - yerli vaxtla saat 17:00

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar