SON XƏBƏRLƏR

Təbriz zindanı ətrafında toplaşan soydaşlarımız ETTELAAT tərəfindən dağıdılıb

2021.10.20, 07:36
Təbriz zindanı ətrafında toplaşan soydaşlarımız ETTELAAT tərəfindən dağıdılıb

Gunaz.tv

GünAz TV: İranın Kəşfiyyat (ETTELAAT) Nazirliyinin əməkdaşları aprelin 5-də (fərvərdinin 16-i) məhbus övladlarından xəbər tutmaq məqsədi ilə Təbriz zindanın ətrafında toplaşan onlarla azərbaycanlı fəalın ailələrini dağıdıb.

Urmiya gölünün qurudulmasına etiraz olaraq Təbrizdə və Urmiyada onminlərlə fəal və ətraf mühit mühafizəçisinin keçirdiyi 2 aprel aksiyaları (yürüşləri) təzyiqə məruz qalıb. İran polisi və mülki geyimli təhlükəsizlik qüvvələrinin “Yaşasın Azərbaycan”, “Urmu gölü susuzdur”, “Urmu gölü səslənir, susuzam haray-haray”, “Sədləri sındırın, Urmu gölünü doldurun”, “Urmu gölü susuzdur, Azərbaycan oyanmasa, uduzdu” şüarları səsləndirən dinc aksiyaçılara qarşı hücumunda 70 nəfər tutulub, 20 nəfər isə yaralanıb.

GünAz TV mətbuat mərkəzinin “Media forum”-a istinadən yaydığı məlumata görə, polis və mülki geyimi ETTELAAT əməkdaşları dinc şəkildə Təbriz zindanının darvazası yanında və digər yerlərdə toplaşan məhbus valideynlərinə qarşı zorakılıq nümayiş etdirərək hər hansı etiraz aksiyasının keçirilməsinin qarşısını almaq üçün onları kobud şəkildə dağıdıblar. Hadisədə məhbus valideynlərindən kimlərinsə tutulub-tutulmadığı barədə məlumat yoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar