SON XƏBƏRLƏR

Mərəndin Milli Hərəkat Fəallarından Kütləvi Yığıncaqlara dəstək

2021.10.20, 07:36
Mərəndin Milli Hərəkat Fəallarından Kütləvi Yığıncaqlara dəstək

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın müxtəlif şəhərlərində Aprel ayının 2-də (fərvərdinin 13-ü) Etiraz Yığıncaqları keçiriləcək. Bu Yığıncaqlara Mərəndli Milli Hərəkat Fəallarından da dəstək gəldi.

 

Mərənd fəalları Bəyanat yayaraq, İran-fars rejiminin Azərbaycana qarşı  müxtəlif sahələrdə apardığı qərəzli siyasətini pisləyib və artıq bu siyasətə “dur” deməyin vaxtının çatdığını bildiriblər.

 

Milli-mədəni fəallar xalqımızı bu etiraz kampaniyasına qoşulmağa çağırıblar. Onlar özləri də Təbrizin Azərbaycan meydanında keçiriləcək Yığıncağa aktiv şəkildə qatılacaqlar.

 

Həmçinin bir neçə gün öncə Mərənd şəhərində Urmu Gölünün quruması və onun mənfi təsiri barədə məlumat verən CD-lər yayılıb.

 

CD-lərdə Kütləvi Yığıncaqlara qatılmaq və hər vasitə ilə bu kampaniyaya dəstək vermək xüsusi vurğulanır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar