SON XƏBƏRLƏR

“Traxtur-Fulad” yarışında tamaşaçılar arasında Urmu Gölü Yığıncağı ilə bağlı Bildirilər yayılıb

2021.10.20, 07:36
“Traxtur-Fulad” yarışında tamaşaçılar arasında Urmu Gölü Yığıncağı ilə bağlı Bildirilər yayılıb

Gunaz.tv

GünAz TV: Təbrizin “Traxtur” futbol taxımı ilə Xuzistanın “Fulad” taxımı arasında keçirilən müsabiqə (1 – 1) hesabı ilə yekunlaşıb.

 

İran üzrə futbol klublarının superliqa rəqabətlərinin 28-ci həftəsində keçirilən müsabiqədə təxminən 60000 nəfər soydaşımız tamaşaçılar qismində iştirak edib.

 

Bu müsabiqədə Təbrizin İran parlamentindəki keçmiş millət vəkili Doktor Ələmi də iştirak edib.

 

Müsabiqə zamanı “Traxtur” tərəfdarları “Biz qəhrəman türkləriz – Farslara baş əymərik”, “Biz ölməyə hazırıq – Babəkin sərbazıyıq”, “Azərbaycan var olsun – İstəməyən kor olsun”, “Azərbaycan canımız  , Ay-ulduz bayrağımız”, “Azərbaycan var olsun – tutulanlar azad olsun”, “Səddləri sındırın – Urmu Gölün doldurun”, “Yaşasın Azərbaycan” və ... kimi milli şüarlar səsləndiriblər.

 

Həmçinin “Traxtur” tərəfdarları üzərində “Urmu Gölü səslənir susuzam HARAY HARAY” və “Ay-ulduz” təsvirləri yazılmış parçalar nümayiş etdiriblər.

 

Soydaşlarımız Urmu Gölünün quruması və bununla bağlı aprelin 2-də (fərvərdinin 13-də) keçiriləcək Etiraz Yığıncaqları barədə minlərlə trakt və Bildirilər yayıblar.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar