SON XƏBƏRLƏR

Doktor Ələmi 2 aprel (13 fərvərdin) Yığıncağına dəstək verir

2021.10.20, 07:36
Doktor Ələmi 2 aprel (13 fərvərdin) Yığıncağına dəstək verir

Gunaz.tv

GünAz TV: Dünən (mart ayının 31-i , fərvərdinin 11-i) Təbrizin səhənd stadyomunda (stadionunda) “Traxtur” futbol taxımı (timi) ilə “Fulad” taxımı arasında keçirilən müsabiqədə Doktor Ələmidə iştirak edib.

 

Məlumata görə, sözü gedən müsabiqədə Təbrizin İran parlamentində keçmiş nümayəndəsi (millət vəkili) cənab Doktor Ələmi də tamaşaçılar qismində iştirak edib.

 

Doktor Ələmi stadyomu (stadionu) tərk etdikdən sonra jurnalistin “siz 2 apreldə (13 fərvərdin) Azərbaycan meydanına gəlib və Urmu Gölü ilə bağlı keçiriləcək Yığıncağa qoşulaşacaqsınızmı?” sualının cavabında deyib ki, “xalq aktiv şəkildə iştirak edərsə məndə mütləq gələcəyəm.”

 

Başqa bir məlumata görə, mart ayının 30-da (fərvərdin ayının 10-u) bir qrup Milli Hərəkat Fəalı Doktor Ələmi ilə görüşüb və  Azərbaycan və İranın vəziyyəti barədə söhbət ediblər. Doktor Ələmi o söhbətdə də Urmu Gölü Yığıncağına dəstək verib və vurğulayıb ki, Azərbaycan xalqı bu yolda dinc fəaliyyətini sonuna qədər davam etdirməlidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar