SON XƏBƏRLƏR

Yaponiyada (Japonda) dənizdə yüksək radiasiya qeydə alınıb

2021.10.20, 07:36
Yaponiyada (Japonda) dənizdə yüksək radiasiya qeydə alınıb

Gunaz.tv

GünAz TV: Yaponiyanın (Japonun) Nüvə Təhlükəsizliyi Agentliyi bəyan edib ki, zəlzələ nəticəsində qəza baş vermiş Fukuşima stansiyası (niruqahı) yaxınlığında dənizdə olduqca yüksək radiasiya (radiasyon) qeydə alınıb.

Son ölçügötürmələr göstərib ki, bu ərazidə aşkar olunmuş radioaktiv yodun radiasiyası icazə verilən normadan 3350 dəfə yüksəkdir, bu isə stansiyadan dənizə hələ də yüksək radiasiyalı suyun axdığına işarədir.

Yaponiyanın yüksək vəzifəli rəsmisi Yukio Edano stansiyanın 20 kilometrlik radiusu içində yaşayanları bu ərazidən uzaq durmağa və evlərinə qayıtmamağa çağırıb.

O bildirib ki, bu ərazidə olanlar üçün ayrıca evakuasiya zonası (ərazidən boşaldılmış məntəqə) yaradılıb.

Yaponiya rəsmiləri həmçinin bildiriblər ki, Fukuşimadakı dörd reaktor ləğv olunacaq və onların üzəri xüsusi yapışqanla örtüləcək.

Radiasiya su və torpağa da yayılıb. Stansiyadan 220 kilometr aralıda olan paytaxt Tokioda krant suyunda (içməli su) da radiasiya aşkar edilib.

Həmçinin bu ərazilərdə yetişdirilən məhsulun da radiasiyalı olduğu bildirlir.

Yod -131 insan həyatı üçün birbaşa təhlükə yaratmır və radiaktivlik ömrü cəmi səkkiz gündür.

 

Odur ki, Yaponiyanın nüvə rəsmiləri bu maddənin tezliklə parçalanaraq yox olacağına ümid edirlər. BBC

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar