SON XƏBƏRLƏR

Mirhüseyn Musəvinin atasının dəfn mərasimində qarşıdurma olub, yaxalananlar var

2021.10.20, 07:36
Mirhüseyn Musəvinin atasının dəfn mərasimində qarşıdurma olub, yaxalananlar var

Gunaz.tv

GünAz TV: İranda müxalifət liderlərindən biri olan Mirhüseyn Musəvinin atası Mirismayıl Musəvinin dəfn mərasiminə polis müdaxilə edib.

dəfndən əvvəl mərhumun Tehranın cənubundakı evinin qarşısına minlərlə şəhər sakini toplaşıb.

Onlar polis və təhlükəsizlik qüvvələri ilə üz-üzə gəliblər. Mərasimə müdaxilə edən polis camaatın etirazına baxmayaraq, mərhumun cənazəsini təcili tibbi yardım maşınına qoyaraq “Behişti Zəhra” qəbiristanlığına aparıb. Bundan sonra vətəndaşlar da məzarlığa yola düşüb. Qarşıdurma zamanı 7 nəfər saxlanılıb.

Xatırladaq ki, İran müxalifətinin liderlərindən olan və hazırda həbsdə saxlanan Mirhüseyn Musəvinin atası Mirismayıl Musəvi martın 30-da 103 yaşında vəfat edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar