SON XƏBƏRLƏR

Danışan Afişalar (pusterlər): “Urmu Gölünün suyu, azərbaycanlıların isə səbiri tükənir”

2021.10.20, 07:36
Danışan Afişalar (pusterlər): “Urmu Gölünün suyu, azərbaycanlıların isə səbiri tükənir”

Gunaz.tv

GünAz TV: Etiraz Yığıncaqlarına həsr olunmuş Afişalar (pusterlər) elə bir zövqlə rəsm olub ki, sözün əsl mənasında bu Afişalar danışırlar. Onlar Azərbaycanlıların səbirindən də xəbər verirlər.

 

İki gün sonra dünya ictimaiyyəti Güney Azərbaycanın gur səsini bir daha duyacaq. Biz səsimizi 2 apreldə (13 fərvərdin) Kütləvi Yığıncaqlarla dünyaya çatdıracayıq.

 

Artıq sözün əsl mənasında qurumaqda olan Urmu Gölü çoxdandır ki həyəcan təbili çalır. Azərbaycanlıların da səbiri tükənməkdədir.

 

Xalqımız Urmu Gölünün qurumasına göz yummayacaq və öz etiraz səsini bütün dünyaya çatdırmaqda qərarlıdır.

 

Bu zəmində nəzərdə tutulan Etiraz Yığıncaqları xalqımız tərəfindən görünməyən bir rəğbətlə qarşılanmaqdadır. Sözü gedən Yığıncaqlara onlarla gözəl Afişalar (pusterlər) həsr olunub.

 

Milli saytlarımızda nümayiş etdirilən danışan Afişaları burdan izləyin:

 

 

 

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar