SON XƏBƏRLƏR

Kütləvi Yığıncaqlardan vahiməyə düşən İran rejimi GünAz TV verilişlərinə parazit buraxıb

2021.10.20, 07:36
Kütləvi Yığıncaqlardan vahiməyə düşən İran rejimi GünAz TV verilişlərinə parazit buraxıb

Gunaz.tv

GünAz TV: Azərbaycanlıların böyük əksəriyyətinin bir mənalı dəstəyini qazanan Urmu Gölü Yığıncaqlarının keçiriləcəyi gün yaxınlaşdıqca İran rejimidə eks fəaliyyətə başlayıb.

 

2 aprel (3 fərvərdin) Yığıncaqlarının ötəsinə keçmək üçün artıq  ETTELAAT (İran Kəşfiyyat Nzirliyi ilə) Milli Hərəkat Fəallarına müxtəlif şəhərlərdə xəbərdarlıq edib. Bununla yanaşı GünAz TV ekranında növbəti olaraq yeni parazitlər ortaya çıxıb.

 

Tanınmış Milli Fəal cənab Savalan Qaradağlı, GünAz TV-nin Milli Hərəkatın bir hissəsi kimi informasiya mübadiləsində xüsusi rol oynadığını vurğulayaraq bildirib ki, Kütləvi Yığıncaqların vaxtı çatdığı üçün artıq iki gündür ki GünAz TV yeni parazit hücumlarına məruz qalıb və kanalın verilişlərində problemlər yaşanır.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar