SON XƏBƏRLƏR

Kütləvi Yığıncaqlar ərəfəsində, ETTELLAT azərbaycanlı fəallara qarşı hərəkətə keçdi

2021.10.20, 07:36
Kütləvi Yığıncaqlar ərəfəsində, ETTELLAT azərbaycanlı fəallara qarşı hərəkətə keçdi

Gunaz.tv

GünAz TV: Güney Azərbaycan 2 apreldə (13 fərvərdində) Urmu Gölünün quruması faciəsi ilə bağlə öz etiraz səsini dünyaya duyuracaq.

 

Məhz bundan vahiməyə düşən ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) Kütləvi Yığıncaqların ötəsinə keçmək üçün artıq Milli Hərəkat fəallarına təzyiqə başlayıb.

 

Məlumata görə, Urmu və Təbriz şəhərlərində Milli Hərəkat Fəalları ETTELAAT idarəsinə çağırılıb. Onlardan Etiraz Kampaniyasına qatılmamaq üçün məcburi imza alınıb. Onlar Etiraz Yığıncaqları keçiriləcək müddətdə ETTELAAT idarəsinə müraciət edib və bu kampaniyaya qatılmamaqlarını bildirməlidirlər.

 

Həmçinin keçən il oxşar kampaniyada iştirak edib və yaxalananlar və bir sıra “Traxtur” futbol taxımı (timi) tərəfdarları ilədə eyni rəftar olunub və onların ailələrinə də kampaniyada iştirak etməmək üçün xəbərdarlıq edilib.

 

Başqa məlumata görə, ETTELAAT məmurları Qoşaçay şəhərində azərbaycanlı fəalların iş yerləri və evlərinə gedib və onları təhdid edərək, yaxın günlərdə keçiriləcək etiraz kampaniyasına qatılmamağa çağırıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar