SON XƏBƏRLƏR

Etiraz Yığıncaqları barədə yeni dəstək Bəyanatları yayılıb

2021.10.20, 07:36
Etiraz Yığıncaqları barədə yeni dəstək Bəyanatları yayılıb

Gunaz.tv

GünAz TV: Urmu Gölünü ölümdən qurtarmaq məqsədi ilə nəzərdə tutulan Etiraz Yığıncaqlarının zamanı yaxınlaşdıqca,  soydaşlarımız tərəfindən yayılan dəstək Bəyanatları da ara vermir.

 

Dünya 2011-ci il aprel ayının 2-də (1390-cı il fərvərdin ayının 13-də) Urmu (Ellər Bağı parkında), Təbriz (Azərbaycan meydanı, Acı çay körpüsü kənarında), Sulduz (Qadar Çayı ətrafında) və Qoşaçayda (Cığatı çayının ətrafı, yeni körpüyə yaxın, Ana parkında) keçiriləcək Yığıncaqlar vasitəsi Güney Azərbaycanın gur səsini bir daha duyacaq.

 

Son məlumata görə, Kütləvi Yığıncaqlara bu günə qədər dəstək verən soydaşlarımızın sırasına bir qrup Qoşaçaylı Milli Hərəkat fəalı, Azərbaycanlı sosialistlərin bir qrupu, Urmulu yeni yetmələr, Sayınqalalı Milli Hərəkat Fəalları və bir qrup Şəbistərli Milli Hərəkat fəalı da qoşulub.

 

Onlar Bəyanat vasitəsi ilə keçiriləcək Etiraz Yığıncaqlarını bir mənalı dəstəkləyib və xalqımızı bu kampaniyaya qatılmağa dəvət ediblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar