SON XƏBƏRLƏR

London Konfransı Qəddafi ilə bağlı son sözünü dedi

2021.10.20, 07:36
London Konfransı Qəddafi ilə bağlı son sözünü dedi

Gunaz.tv

GünAz TV: Liviyadakı (Libidəki) son vәziyyәt, dünәn İngiltәrәnin paytaxtı Londonda müzakirә olunub.

London Konfransına, aralarında Türkiyәnin dә olduğu 40 dövlәtin tәmsilçilәri ilә yanaşı, NATO,Erәb Birliyi, BMT (Birləşmiş Millətlər Təşkilatı) vә Afrika Birliyindәn sәlahiyyәtli nümayәndәlәr dә qatılıb.

GünAz TV mətbuat mərkəzinin TRT-yə istinadən yaydığı məlumata görə, Liviyadakı hәrbi әmәliyyatların davam etdirilmәsi qәrara alınan konfransda hәmçinin,әn qısa zamanda bir “Liviya әlaqәlәndirmә qrupu”nun yaradılması vә bu qrupun ilk toplantısını Qәtәrdә keçirmәsi qәrara alınıb.

Diplomatlar Liviyaya yönәlәn embarqoların (təhrimlərin) artırılması mәsәlәsindә dә razılığa gәliblәr.

Kofrans iştirakçılarının Liviya lideri Qәddafinin ölkәsini tәrk etmәsi mәsәlәsindә hәmfikir olduqları vә Qәddafi vә ailәsini qәbul edәcәk bir ölkә axtarıldığı bildirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar