SON XƏBƏRLƏR

Qardaş ölkənin prezidenti Azərbaycanla bağlı qanun imzaladı

2021.10.20, 07:36
Qardaş ölkənin prezidenti Azərbaycanla bağlı qanun imzaladı

Gunaz.tv

GünAz TV: Türkiyə prezidenti Abdullah Gül Türkiyə ilə Azərbaycan arasında strateji əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilənin təsdiq edilməsi barədə qanun imzalayıb.

 

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, müqavilə iki ölkə arasında genişmiqyaslı, hərtərəfli əməkdaşlığın inkişafını təsdiq edir, Türkiyə və Azərbaycan xalqı arasında tarixən yaranmış sıx əlaqələri əks etdirir.

 

Qeyd edək ki, Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqaviləni Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Abdulla Gül avqustun 16-da İstanbulda imzalayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar