SON XƏBƏRLƏR

İran casusları Küveytdə edama məhkum edilib

2021.10.20, 07:36
İran casusları Küveytdə edama məhkum edilib

Gunaz.tv

GünAz TV: Küveyt hökuməti bu ölkənin ordusunda xidmət edən və İrana casusluqda günahlandırılan 3 nəfəri edama məhkum edib. Onlardan 2-si İran, 1-i Küveyt vətəndaşıdır.

GünAz TV mətbuat mərkəzinin “Media forum”-a istinadən yaydığı  məlumata görə, Küveyt Məhkəmə Sisteminin adının çəkilməsini istəməyən bir rəsmisi jurnalistlərə açıqlamasında deyib ki, 2010-cu ilin mayında tutulub edama məhkum edilənlər Küveyt ordusu və ABŞ-ın (Amerika Birləşmiş Ştatlarının) Küveytdəki hərbi bazaları haqqında məlumat toplayaraq İran İnqilab Keşikçiləri Korpusuna (“Sepah”) ötürüblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar