SON XƏBƏRLƏR

Martın 31-də (fərvərdinin 11-də) “Traxtur” və “Şəhrdari” taxımları öz rəqibləri ilə qarşılaşacaqlar

2021.10.20, 07:36
Martın 31-də (fərvərdinin 11-də) “Traxtur” və “Şəhrdari” taxımları öz rəqibləri ilə qarşılaşacaqlar

Gunaz.tv

GünAz TV: 2011-ci il mart ayının 31-də (fərvərdinin 11-də) Təbrizin “Traxtur” və “Şəhrdari” futbol taxımları öz rəqibləri ilə üz-üzə gələcəklər.

 

İran üzrə futbol klublarının superliqa rəqabətlərinin 28-ci həftəsində keçirilən müsabiqədə “Traxtur” Xuzistanın “Fulad” taxımı ilə yerli vaxtla saat 17:00-də Təbrizin səhənd stadionunda (stadiyom) qarşılaşacaq.

 

“Şəhrdari” isə eyni vaxta Tehranın Ekbatan stadionunda (stadiyon) “Rah ahən” taxımı ilə üz-üzə gələcək.

 

“Traxtur-Fulad” yarışını canlı olaraq GünAz tv ekranından izləyə bilərsiniz.

 

Nəzərə alsaq ki, Azərbaycanın Milli Hərəkatı müxtəlif dalğaların ortaya çıxması nəticəsində canlanıb və bu günki duruma gəlib, onda “Traxtur”un yarışından iki gün sonra həyata keçiriləcək Urmu Gölü Yığıncağı və "Traxtur"un bu dəfəki müsabiqəsinin bir-birinə olan təsirinin əhəmiyyəti daha çox özünü göstərər.

Bu mənada "Traxtur-Fulad" müsabiqəsində soydaşlarımızın aktiv iştirak etməsi, ondan iki gün sonra keçiriləcək etiraz yığıncaqlarına olduqca müsbət təsir göstərib və nəhayət Azərbaycanımızın xeyirinə tamam ola bilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar