SON XƏBƏRLƏR

2 aprel (13 fərvərdin) Yığıncaqlarına növbəti dəstək...

2021.10.20, 07:36
2 aprel (13 fərvərdin) Yığıncaqlarına növbəti dəstək...

Gunaz.tv

GünAz TV: Urmu Gölü ilə bağlı keçiriləcək Kütləvi Etiraz Yığıncaqlarına, xalqımızın müxtəlif təbəqələri tərəfindən verilən dəstək sərhəd tanımır.

 

Gözlənilən Etiraz Yığıncaqları həm Güney Azərbaycanın daxilində yaşayanlar, həmdə yurd dışında yaşayan soydaşlarımız tərəfindən rəğbətlə qarşılanıb və bu barədə onlarla dəstək Bəyanatı yayılıb.

 

Son məlumata görə, Azərbaycanın Federal Demokrat Hərəkatı və bir qrup Urmulu gənc veblaqçı Bəyanat vasitəsi ilə sözü gedən kampaniyaya dəstək verdiklərini bildiriblər.

 

Onlar yaydıqları bəyanatda Tehran rejiminin ayri-seçkilik siyasətini pisləyib və Azərbaycan xalqını bu Etiraz Yığıncaqlarına qatılmasını istəyiblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar