SON XƏBƏRLƏR

Tatlısəsdən son xəbər

2021.10.20, 07:36
Tatlısəsdən son xəbər

Gunaz.tv

GünAz TV: Acıbadam Məslək Xəstəxanasında müalicə olunan İbrahim Tatlısəsin ciddi həkim nəzarətindən çıxarıldığı bildirilir.

"Habertürk"ün yazdığına görə, İ.Tatlısəsin üzərində əməliyyat keçirən beyin - sinir cərrahı, professor İlhan Almacı deyib ki, müğənni artıq yeməyini özü yeyir. Eyni zamanda, nitqində qüsur yoxdur və sağ tərəfini çox yaxşı şəkildə tərpədə bilir. Həkimin sözlərinə görə, onun yaddaşında da elə bir problemin yaşanmadığını düşünürlər. Bədəninin sol tərəfində yaranmış qüvvə itkisi isə tədricən bərpa olunmaqdadır. Adıçəkilən xəstəxananın baş həkimi professor Çağlar Çuhadaroğlu da mətbuat konfransı keçirərək İ.Tatlısəsin bundan sonra sürətlə sağalacağını düşündüklərini və buna görə də daha jurnalistlər üçün brifinq keçirməcəklərini deyib.

   Buna baxmayaraq, həkimlər bildirib ki, müğənni hələlik, sərbəst ayaq üstə dayanmaq imkanında deyil, amma davam etdirilən fizioterapiya müalicəsi onun fiziki hərəkətini aktivləşdirəcək. Jurnalistlərlə danışan fizioterapiya mütəxəssisi, professor Reyhan Çəlikər də Tatlısəsin ağır əməliyyat keçirdiyini xatırladaraq, artıq onun üzərində reabilitasya (bərpa etmək proqramı) proqramına başlanıldığını vurğulayıb. Amma əlavə edib ki, müğənninin tam sağalması üçün fizioterapiya əməliyyatı ən azından 6 ayadək davam edəcək. Estetik, plastik və reokonstruktiv (yenidən mürəttəb etmək) sahədə cərrah, dosent Şükrü Yazar isə bildirib ki, Tatlısəsin sol burun qanadında, alnında və başının tüklü hissəsində yaraları mövcuddur. Onları aradan qaldırmaq məqsədilə artıq ilkin cərrahi əməliyyatlar keçirilib. Həkim söz verib ki, İ.Tatlısəsin bədənində heç bir fiziki qüsur hiss olunmayacaq. Yeri gəlmişkən, Tatlısəs onunla görüşməyə israr edən bir neçə jürnalistin sualına cavab da verib. O, özünü əla hiss etdiyini, onu sevənlərin duasına ehtiyacı olduğunu bildirib və pərəstişkarlarına salam da göndərib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar