SON XƏBƏRLƏR

Amerikalı konqresmen Ceyms Moran: “Ermənistandakı atom elektrik stansiyası standartlara cavab vermir”

2021.10.20, 07:36
Amerikalı konqresmen Ceyms Moran: “Ermənistandakı atom elektrik stansiyası standartlara cavab vermir”

Gunaz.tv

GünAz TV: ABŞ (Amerika Birləşmiş Ştatları) konqresmeni Ceyms Moran Azərbaycan diasporuna məktub göndərərək, Ermənistanın Metsamor atom elektrik stansiyası (Niruqahı) ilə bağlı kampaniya barədə fikirlərini bildirib. Bu barədə APA-nın Vaşinqtondakı müxbiri məlumat verib.

Məktubda bildirilir ki, 2011-ci il martın 11-də baş verən zəlzələ və sunami fəlakətindən sonra Yaponiyanın “Fukusima” atom elektrik stansiyasında yaşanan dramatik hadisələr nüvə enerjisinin bütün dünya üçün nə qədər təhlükəli olduğunu göstərib: “Ermənistanın enerji ehtiyaclarının 40 faizini ödəyən Metsamor stansiyası Sovet dövründən qalıb və təhlükəsizliyin indiki standartlarına cavab vermir. Buna görə də Birləşmiş Ştatlar Avropa Birliyi, Rusiya və beynəlxalq təşkilatlarla birlikdə stansiyanın təhlükəziliyini müasir standartlara uyğun möhkəmlətmək üçün müəyyən işlər görüb. Bizim Metsamorla bağlı işimiz çox vacibdir və mən bu prosesi yaxından izləyirəm”.

Konqresmen Azərbaycan diasporunun kampaniyasını da diqqətdə saxlayacağını vəd edib və ABŞ-ın xarici yardımları və regiondakı (bölgədəki) nüvə siyasəti ilə baglı Konqresdə müzakirələr zamanı bu məsələni nəzərə alacağını bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar